More

    Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” yarışması reallaşıb

    Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumatına görə, Qəbələ şəhərində keçirilən “Grace of Nature” bədii gimnastika turnirində ölkənin müxtəlif regionlarını təmsil edən 20-dən çox idman klubu iştirak edib. Yarışda “Ocaq Sport”, “Grasiya” İdman Klubu, BGM, RKİM, SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti və regionlardan – Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron, Gəncə, Şağan, Hövsan, Göyçay, Sabirabad, Ağdaş gimnastları mübarizə aparıblar.

    Turnirdə ümumilikdə 203 gimnast fərdi proqramlarda çıxış edib, 8 qrup hərəkətləri komandası isə öz bacarıqlarını nümayiş etdirib. Yarış üç gün davam edib: ilk gün 2019–2016-cı il təvəllüdlülər, ikinci gün 2016–2013-cü il təvəllüdlülər, üçüncü gün isə 2013–2010-cu il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə proqramlarda yarışıblar.

    Yarışda üstün nailiyyətlər qazanan gimnastlar medallarla təltif olunublar. “Grace of Nature” turniri gənc idmançıların bacarıqlarını göstərməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət şəraitində inkişaf etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni