Futbol arenaları – təkcə yaşıl meydança, tribunalar və tablo deyil. Zamanla bu məkanlar müxtəlif rituallar, ənənələr və hətta qəribəliklərlə zənginləşib. Qlobal bettinq şirkəti 1xBet stadion təcrübəsini unudulmaz edən və futbol mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş həmin maraqlı nüanslardan danışır.
Benfika-nın qartalı və Köln-ün keçisi
Benfika və Köln – böyük tarixə və canlı simvollara sahib klublardır. Lissabon təmsilçisinin hər ev oyunundan əvvəl Estádio da Luz stadionunun üzərindən Vitoriya adlı dişi qartal uçur. Bu mənzərə insana Harri Potter filmindəki bayquşu xatırladır – tək fərq ondadır ki, bu quş məktub yox, qələbə ab-havası gətirir.Köln klubunun da özünəməxsus ənənəsi var – stadionda Hennes adlı keçi meydana çıxarılır. O, kənar xətt boyunca qürurla gəzərək ərazisinə baxış keçirir və azarkeşlərlə şəkil çəkdirir.
Sankt-Pauli-nin parlaq çıxışı
«Piratlardakı» xasiyyət güclüdür və bunu komandanın meydana çıxışı anından hiss etmək olar. Sankt-Pauli-nin hər oyunu sanki rok konserti ilə başlayır: komandalar meydana əfsanəvi AC/DC mahnısı Hells Bells sədaları altında çıxır. Stadion titrəyir, futbolçular və azarkeşlər isə inanılmaz emosional enerji ilə yüklənir.Bu azadlıq simvolu klubun giriş kartıdır və onun üsyankar ruhunu mükəmməl şəkildə əks etdirir.
Vest Hem matçlarında sabun köpükləri
«Çəkicçilər»in azarkeşləri İngiltərə futbolundakı ən maraqlı oyundan öncəki rituallardan birini həyata keçirirlər. Klubun himni olan I’m Forever Blowing Bubbles səsləndiyi anda onlar sabun köpükləri buraxırlar. Bu mahnının 100 ildən çox yaşı var, ənənənin özü isə keçən əsrin sonunda yaranıb və azarkeşlər tərəfindən o qədər sevilib ki, bu aksiya Ginnesin Rekordlar Kitabına düşüb.2009-cu ildə Vest Hem-in 23 680 azarkeşi eyni anda Upton Park stadionunda köpük buraxaraq rekorda imza atıblar – bu göstəricini kimin keçmək istəyə biləcəyi isə sual altındadır.
Camp Nou-da dua otağı
Bir çox azarkeş Camp Nou stadionunu müqəddəs yer hesab edir, lakin hər kəs bilmir ki, burada futbolçuların oyun öncəsi dua edə biləcəyi xüsusi bir otaq var. Yenidənqurma işlərinə qədər bu otağı Camp Nou turu zamanı hər bir ziyarətçi görə bilirdi.Lakin 2023-cü ildə kapella söküldü. Amma narahat olmağa dəyməz: İspaniya klubu yenidənqurma başa çatdıqdan sonra bu otağın əvvəlki yerində bərpa olunacağını və hər kəsin onu ziyarət edə biləcəyini vəd edib.
Alman azarkeşlərin etirazları
Alman azarkeşlər futbol ənənələrinin ən məşhur qoruyucularıdır. Almaniyada klubların əksəriyyətinin nəzarət səhm paketi məhz azarkeşlərə məxsusdur. Fanatlar hansısa məqamdan narazı qalanda isə kreativ etiraz aksiyaları təşkil edirlər. Məsələn, onlar meydançaya tennis topları, oyuncaqlar və konfetlər atırlar. Bununla azarkeşlər biletlərin qiymət artımından tutmuş oyunların əlverişsiz vaxtlarda keçirilməsinə qədər müxtəlif problemlərə diqqət çəkməyə çalışırlar.1xBet platformasında futbola mərc edin və heç vaxt təəccübləndirməkdən vaz keçməyən sevimli oyununuzdan həzz alın!