More

    20 ildən çox ağrılara dözdü: Devid Bekhemə 2003-cü ildə aldığı zədə səbəbilə əməliyyat olundu

    “Mançester Yunayted” və “Real Madrid”in sabiq ulduzu Devid Bekhem uzun illər əvvəl aldığı bilək travması səbəbilə cərrahi müdaxiləyə məruz qaldı.

    İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem, 2003-cü ildə Cənubi Afrika ilə keçirilən yoldaşlıq oyununda aldığı bilək zədəsi səbəbilə cərrahiyyə əməliyyatı keçirib. Bu barədə The Sun nəşri məlumat yayıb.

    20 ildən sonra müdaxilə: səbəb nə idi?

    Həmin oyunda biləyini sındıran Bekhemə şti̇ft (metal fiksator) yerləşdirilmişdi və bu implantın zamanla orqanizm tərəfindən sorulması nəzərdə tutulurdu. Lakin son rentgen görüntüsü bu metalın hələ də qolunda qaldığını üzə çıxarıb.

    Devid illərlə ağrını görməzliyə vururdu. Həyatına davam edirdi. Amma son aylarda ağrılar dözülməz hal aldı. Mütəxəssislər müdaxilə qərarı verdi və nəhayət illər sonra problem həll edildi”, – deyə The Sun nəşrinə məlumat verən mənbə bildirib.

    Viktoriya Bekhem də yanındaydı

    Bekhemin həyat yoldaşı, tanınmış dizayner Viktoriya Bekhem əməliyyatdan sonra Instagram Storiesdə əri ilə bağlı bir foto paylaşıb. Şəkildə Devid xəstəxana çarpayısında, biləyi sarğıda görüntülənir. Viktoriya şəkilə bu sözləri yazıb: “Tez sağal, ata!

    The Sun-un məlumatına görə, Viktoriya əməliyyat boyu həyat yoldaşının yanında olub və prosedur uğurla tamamlanıb.

    Zədə necə baş vermişdi?

    Bekhem 2003-cü ilin mayında, Cənubi Afrikanın Durban şəhərində keçirilən oyunun ilk hissəsində yıxılaraq biləyini sındırmışdı. O, əllə sarğılanmış vəziyyətdə matçı davam etdirmiş, yalnız ikinci hissənin sonunda Cermeyn Cenasa əvəzlənmişdi.

    Həmin görüşdə Devid asistlə yadda qalmış, İngiltərə isə qələbə qazanmışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni