Etibarlı mərc şirkəti 1xBet Milli komandanın növbəti Dünya Çempionatına vəsiqə qazanmaq perspektivlərini dəyərləndirir.
Fernando Santos möcüzə göstərə biləcəkmi?
Azərbaycan millisi tarixdəki ən qısa seçmə mərhələ turnirində iştirak edəcək. Millimizin yer aldığı qrupda cəmi üç rəqib var və 2025-ci ilin sentyabrından noyabrına qədər Milli 6 oyun keçirəcək. Qrupun qalibi birbaşa dünya çempionatına vəsiqə qazanacaq, ikinci yeri tutan komanda isə 2026-cı ilin martında pley-off mərhələsində oynayacaq.
Azərbaycan püşkatma zamanı dördüncü səbətdə yer almışdı və qrupun autsayderi hesab olunur. Bəli, baş məşqçi Fernando Santos-un milli komandalarla böyük təcrübəsi var, lakin bu dəfə ondan həqiqi bir möcüzə gözlənilir. Santos doğma Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanıb, Yunanıstanı böyük turnirlərin pley-off mərhələlərinə çıxarıb. Amma Azərbaycan millisinin seçmə mərhələdə ilk 2-liyə yüksəlməsi – bu artıq bir sehrbaz işi olar.
Mart ayında Haitiyə (0:3) və Belarusiyaya (0:2) qarşı keçirilən yoldaşlıq görüşləri, Fernando Santos-un Millətlər Liqasındakı uğursuzluqdan dərs çıxardığına ümid vermədi. Ümid edək ki, portuqaliyalı mütəxəssis növbəti payıza qədər milli komandamızın oyunundakı çatışmazlıqları aradan qaldırmağa vaxt tapacaq.
Bəs rəqiblərimiz kimlərdir?
İslandiya
5 sentyabrda Azərbaycan seçmə mərhələdəki yoluna səfər oyunu ilə başlayacaq və bu görüş İslandiya yığmasına qarşı olacaq. Bu komandalar daha əvvəl cəmi bir dəfə üz-üzə gəlib – 2008-ci ilin avqustunda keçirilən yoldaşlıq oyunu 1:1 hesabı ilə başa çatıb.
Bu artıq 2016-cı il Avropa Çempionatının sensasiyalı dörddəbir finalçısı və 2018-ci il Dünya Çempionatının iştirakçısı olan əvvəlki İslandiya deyil. Yeni baş məşqçi Arnar Gunnlaugsson yığmadakı karyerasına uğursuzluqla başlayıb – Millətlər Liqasında Kosovo ilə keçirdiyi pley-off oyunlarında ümumi 2:5 hesabı ilə məğlub olaraq komandası turnirin üçüncü divizionuna düşüb.Buna baxmayaraq, mart ayında açıqlanan heyətdə İslandiyanın 5 əsas Avropa liqasından 8 futbolçusu yer alıb. Fiorentina-dan Albert Guðmundsson və Lill-dən Hákon Arnar Haraldsson qitədə yaxşı tanınır, Real Sosyedad-da çıxış edən 20 yaşlı hücumçu Orri Óskarsson isə əsl ulduz forvarda çevrilə bilər.
Ukrayna
9 sentyabrda millimiz Bakıda Ukrayna yığmasını qəbul edəcək. Azərbaycan millisi bu komandaya qarşı da hələ rəsmi oyunda qüvvəsini sınamayıb.
Bir çoxlarına görə, Ukrayna millisi hələ də tam potensialını göstərə bilməyib. «Sarı-göylər» Avro-2024-ün qrup mərhələsini keçə bilmədilər və 2006-cı ildən bəri dünya çempionatlarında iştirak etmirlər. Komanda sabit oyun sərgiləmir: cəmi 3 gün fərqlə əvvəlcə Belçikanı parlaq tərzdə məğlub edə, sonra isə eyni rəqibə böyük hesabla uduza bilərlər. Amma bu yığmanın potensialı çox böyükdür – çünki heyətdə top-5 Avropa çempionatlarından təxminən 10 legioner yer alır. Çox saylı İngiltərə çempionu Oleksandr Zınçenko, ikiqat Çempionlar Liqası qalibi Andrey Lunın, ötən La Liqa mövsümünün ən yaxşı bombardiri Artem Dovbık – bu və digər ukraynalı futbolçuların adları ölkəmizdə yaxşı tanınır.
Fransa
Əgər Xorvatiya Millətlər Liqasının 1/4 finalında dünya ikincisi olan komandaya qalib gəlsəydi, məhz onlar D qrupunun püşkatmasında birinci səbətdə yer alacaqdı. Bu, rəqiblərin işini asanlaşdırmazdı, lakin nəticədə qrupumuza əlavə tanıtıma ehtiyacı olmayan Fransa yığması düşdü. Didye Deşamın komandası ilə Azərbaycan millisi artıq oktyabr ayında qarşılaşacaq.
1xBet-in versiyasına görə, Fransa 2026 Dünya Çempionatının top-3 favoritindən biridir. Fransızlar həmişə ən yüksək hədəflərlə çıxış edirlər və Avro-2024-ün yarımfinalında məğlubiyyət onlar üçün uğursuzluq sayıldı. Komanda darıxdırıcı oyununa görə tənqid olundu, baş məşqçi Didye Deşam isə yeni ideyaların çatışmazlığına görə (xatırladaq ki, Didye Les Bleus-u 2012-ci ildən bəri çalışdırır). Kaş bizim də belə “problemlərimiz” olaydı, elə deyilmi? Azərbaycan azarkeşləri haqlı olaraq narahatdırlar ki, Kilian Mbappe və Usman Dembele kimi ulduzlar millimizə qarşı oyunlarda şəxsi statistikasını xeyli artıra bilər. Məhz Fransa Azərbaycan millisinə tariximizdəki ən ağır məğlubiyyəti yaşadıb – Avro-1996-nın seçmə mərhələsində 0:10.
Amma möcüzələrə inanmaq qadağan deyil. Məsələn, 2018-ci il mundialın seçmə mərhələsində, hansı ki Fransa üçün zəfərlə başa çatdı, fransızlar evdə Lüksemburqu məğlub edə bilməmişdilər.Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisini 1xBet-lə birlikdə dəstəkləyin!