“Bavariya” klubunun qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatında Almaniya yığmasının heyətinə qayıda bilər. Sport-Az-ın Bild-ə istinadən verdiyi məlumata görə, Almaniya millisinin məşqçilər korpusu 38 yaşlı futbolçunun mümkün dönüşünü nəzərdən keçirir.
Ter Ştegenin forması həlledici olacaq
Xəbərə görə, Noyerin yığmaya çağırılıb-çağırılmaması “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin forması ilə birbaşa bağlı olacaq. Əgər alman qapıçı zədəsini tam bərpa edə bilməsə və ideal formaya düşməsə, bu halda millinin qapısını qorumaq üçün Noyerin adı yenidən gündəmə gələ bilər.
Xatırladaq ki, Manuel Noyer 2024-cü ildə Almaniya millisindəki karyerasını başa vurduğunu elan etmişdi.



