More

    4 şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb

    Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında 1-ci turun partiyaları baş tutub. sport-az.com-un məlumatına görə, Azərbaycan təmsilçilərindən Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan AllahverdiyevaNərmin Abdinova ilk turda qələbə qazanaraq çempionata uğurlu start veriblər.

    Yalnız Lalə Hüseynova 1-ci turda rəqibinə məğlub olub.

    Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının qatıldığı dünya çempionatı 11 turdan ibarət olacaq. Azərbaycan şahmatçıları növbəti turlarda da uğurlu çıxış göstərməyi və medallar uğrunda mübarizə aparmağı hədəfləyirlər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni