Avropa Kuboku: “Azərreyl” çempion olub

“Azərreyl” qadın voleybol komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda böyük uğura imza atıb və çempion titulunu qazanıb.

Sport-az.com xəbər verir ki, finalda Azərbaycan təmsilçisi Ukraynanın “Sunrise Beach Sports Academy” klubu ilə qarşılaşıb. Gərgin keçən iki matçın birində “Azərreyl” 2:1 hesabı ilə qələbə qazandığı halda, rəqib komanda ikinci oyunu 0:2 hesabı ilə qalib başa vurub. Qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə “Azərreyl” komandası 15:12 hesabı ilə qalib gələrək Avropa Kubokunun çempionu olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni