More

    P4P nədir? Boksda “vezidən asılı olmayaraq ən yaxşısı” reytinqləri

    P4P – “pound-for-pound” yəni “vezidən asılı olmayaraq ən yaxşısı” mənasını verir. Bu, fərqli vəzi kateqoriyalarındakı boksçuları müqayisə etmək üçün yaradılmış qeyri-rəsmi statusdur. Qiymətləndirmədə qazanılan qlobal titullar, fəth edilmiş çoxsaylı kateqoriyalar, rəqiblərin keyfiyyəti, müsayibə rekordları, karyera uzunluğu və ringdəki dominantlıq nəzərə alınır.

    İlk P4P top-5 siyahısı 1990-cı ildə The Ring jurnalında çap olunub. Bu gün ESPN, BWAA (ABŞ Boks Yazıçılar Assosiasiyası) və TBRB (Beynəlxalq Boks Reytinq Şurası) kimi mənbələrin versiyaları yüksək nüfuz daşıyır.

    P4P-in tarixi və formalaşması

    P4P anlayışını ilk dəfə Stanley Weston 1950-ci illərdə təklif edib. 1970-80-ci illərdə boks jurnalları bu termini aktiv işlətməyə başlayıb. 1990-cı ildə The Ring-in ilk rəsmi top-5-u Sugar Ray Leonard, Thomas Hearns kimi uldularla çap olunub. Bu sistem vəzi fərqlərini ləğv edərək, texniki bacarıq, strategiya və nailiyyətləri vahid meyarla qiymətləndirir.

    P4P-in qiymətləndirmə kriteriyaları

    P4P liderləri müəyyən standartlara uyğun seçilir:

    • Titullar: Mütləq çempionluqlar (WBA, WBC, IBF, WBO).
    • Kateqoriya fəthi: 2-4 vəzi keçmək.
    • Rəqib səviyyəsi: Çempionlara ilk məğlubiyyət vermək.
    • Rekord: Yenilgisiz və ya minimal itki.
    • Performans: Ringdəki dominantlıq, nokaut faizi

    P4P subyektivdir və ekspertlər arasında mübahisələr yaradır. Vəzi fərqlərini neytrallaşdırmaq çətindir – ağır vəzi boksçular fiziki üstünlük, yüngül vəzi isə sürət üstünlüyü iddia edir.

    Bu reytinqlər böyük mübarizələri (Usyk-Fury, Canelo-Bivol) stimullaşdırır və PPV gəlirlərini artırır.

    Boksda cari P4P top-5 (yanvar 2026, The Ring versiyası)

    1. Oleksandr Usyk (Ukrayna, superağır vəzi)
      Rekord: 24-0, 15 KO
      Niyə 1-ci? İki kateqoriyada mütləq çempion. 8 çempionu məğlub edib, 4-nə ilk məğlubiyyət. Fury (2 dəfə), Dubois, Joshua (2), Bellew, Gassiev, Briedis, Huck, Glowacki.
    2. Naoya Inoue (Yaponiya, 2-ci yüngül vəzi)
      Rekord: 32-0, 27 KONiyə 2-ci? İki kateqoriyada mütləq.
      13 çempion məğlub. Doheny, Neri, Tapales, Fulton, Butler, Donaire, Moloney, Rodriguez, Narvaes, Hernandez.
    3. Jesse ‘Bam’ Rodriguez (ABŞ, super yüngül vəzi)
      Rekord: 23-0, 16 KO
      Niyə 3-cü? İki kateqoriya fəth, birləşmiş çempion. Guevara, Estrada, Edwards, Sor Rungvisai, Cuadras.
    4. Dmitriy Bivol (Rusiya, yarım aqrır vəzi)
      Rekord: 24-1, 12 KO
      Niyə 4-cü? Mütləq çempion. Beterbiev, Ramirez, Alvarez, Smith, Pascal.
    5. Artur Beterbiev (Rusiya, yarım aqrır vəzi)
      Rekord: 21-1, 20 KO
      Niyə 5-ci? Yarım aqrırda mütləq. Bivol, Smith, Gvozdyk.

    P4P reytinqlərinin gələcəyi və 2026 proqnozları

    P4P reytinqləri hər böyük mübarizədən sonra dəyişir. Usyk-Fury III, Inoue-Nakatani rematch və ya Canelo-Bivol II kimi superduellər siyahını dəyişə bilər. 2026-da Shakur Stevenson və David Benavidez yüksəliş proqnozlaşdırılır – P4P boksun elitlərini müqayisə etmək və superduelları proqnozlaşdırmaq üçün ən yaxşı vasitədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni