Orta çəkidə (84 kiloqrama qədər) keçmiş UFC çempionu Robert Uittaker məğlubiyyətsiz çeçen döyüşçü Hamzat Çimayevlə UFC 308 turnirində baş tutan döyüşdə aldığı zədələr barədə açıqlama verib.
Sport-az.com xəbər verir ki, “talkSPORT” avstraliyalı döyüşçünün zədəsi ilə bağlı sözlərini belə çatdırıb:
“Hər şey qaydasındadır. Çənəm yox, dişlərim zədələnib. Dəqiqləşdirsək, alt dişlərim içəri əyilib. Bu dişlərim həmişə problemli olublar. Bəlkə də dişlərim əyilməsəydi, başımı döndərmək üçün bir saniyəm olardı, bəlkə də yox… Uğursuz vəziyyətə düşdüm. Mənim alt dişlərim Axilles dabanıdır. Onları Drikus dyu Plessiyə uduzandan sonra düzəltdirmişdim, amma bərpa olunmadılar. Çünki uşaqlıqda zədələmişəm.”



