Səudiyyə Ərəbistan çempionatının təmsilçisi “Əl-Hilal” klubu “Real”ın gənc futbolçusu Vinisius Junioru transfer etmək niyyətindədir.
Sport-az.com “Marca” nəşrinə istinadən bildirir ki, “Əl-Hilal” 24 yaşlı braziliyalı Vinisiusu çoxsaylı zədələrdən əziyyət çəkən Neymarın əvəzinə heyətinə qatmağı planlaşdırır. Klub 32 yaşlı Neymar ilə müqaviləni bitirməyi düşünür.
Xatırladaq ki, daha öncə yayılan məlumatlarda Səudiyyə Ərəbistanın Vinisius Junioru dünyanın ən çox qazanan futbolçularından biri etmək istədiyi qeyd olunmuşdu.