“Qarabağ” Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinə qarşı mübarizədə futbol klublarının birgə alyansının yaradılması təşəbbüsü ilə çıxış edib.
Ağdam klubunun təşəbbüsü COP29-un Sədarəti və BMT-nin İdman və İqlim Dəyişikliyi Departamenti (UNFCCC) tərəfindən dəstəklənmişdir. Tədbir 16 noyabr saat 14:00-da Mavi Zonanının “Nəsimi” zalında baş tutacaq.
Avropadan və digər ölkələrdən tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edib, bu vacib görüşdə iştiraklarını təsdiqləyiblər. Tədbirdə idmanın iqlim dəyişikliyinə qarşı mübarizədə rolu geniş müzakirə olunacaq, alyansa daxil olan klublar öz təcrübələrini paylaşacaq.