More

    Murad Əhmədiyev beynəlxalq turnirdə kəmər qazandı

    Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Çinin Sian şəhərində keçirilən “Kəmər və yol” adlı beynəlxalq turnirdə qalib gələrək kəmər mükafatına sahib olub.

    Bu yarışda ölkəmizi yunan-Roma güləşi üzrə milli komandanın üç üzvü təmsil edib. Turnirdə Azərbaycan güləşçiləri, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə iştirak ediblər. Rəqabətə qoşulan Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqibləri ilə gərgin mübarizə aparıblar. U-23 Avropa çempionu Murad Əhmədiyev isə bütün qarşılaşmalarında qalib gələrək kəmər qazanıb.

    Yarışdan sonra Azərbaycan güləş komandası Çində təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi Uhan şəhərində baş tutacaq və iki həftə davam edəcək. Bu toplanışda Murad Əhmədiyevlə yanaşı digər idmançılarımız – Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli və Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni