Raman Salei və Əli Vəliyev Avropa çempionatında finala çıxdılar

Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında növbəti uğurlu nəticələrə imza atıblar. Hər iki idmançı öz kateqoriyasında final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

S12 kateqoriyasında yarışan Raman Salei 50 metr məsafəyə sərbəst üsulla üzmənin təsnifat mərhələsində 24,70 saniyə nəticə göstərərək həlledici mərhələyə yüksəlib.

S10 kateqoriyasında çıxış edən yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üsulla üzmədə birbaşa finalda yarışacaq.

Salei ilk iki yarışda medala yaxın olub

Raman Salei Kocaelidə keçirilən çempionatın əvvəlki günlərində də final mərhələlərində mübarizə aparıb. Azərbaycan təmsilçisi 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə göstərərək dördüncü yeri tutub və medalın bir addımlığında qalıb.

O, 100 metr məsafəyə “batterflay” üsulu ilə üzmədə isə 59.18 saniyəlik göstərici ilə yarışı beşinci pillədə tamamlayıb. Salei daha əvvəl bu məsafənin təsnifatında 1:03.38 nəticə ilə finala vəsiqə qazanmışdı.

Əli Vəliyev də final təcrübəsi qazanıb

Əli Vəliyev çempionatda 200 metr məsafəyə qarışıq üzmə yarışında da final mərhələsində iştirak edib. S10 kateqoriyasında çıxış edən yeniyetmə idmançı 2:32.99 nəticə göstərərək səkkizinci yeri tutub.

Azərbaycan təmsilçiləri Avropa çempionatına Gəncədə keçirilən təlim-məşq toplanışı ilə hazırlaşıblar. Raman Salei və Əli Vəliyev məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında yarışırlar. Kocaelidəki qitə çempionatı sentyabrın 12-dək davam edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni