More

    Azərbaycan badmintonçuları Botsvanadan altı medalla qayıtdı

    Azərbaycan badmintonçuları Botsvanada keçirilən Botswana International 2024 (Future Series) turnirində altı medal qazanıblar.

    Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, Afrika və Avropa təmsilçilərinin iştirak etdiyi bu beynəlxalq turnirdə kişilər arasında fərdi yarışda Diki Pangestu qızıl medal, kişi cütlüklər yarışında Aleks Qabilov və Diki Pangestu tandemi, qarışıq cütlüklərdə isə Aleks Qabilov və Era Maftuha birinci yeri tutublar.

    Bundan əlavə, qarışıq cütlüklər yarışında Cahid Alqasanov və Həcar Nuriyeva yarımfinala qədər irəliləyərək bürünc medal qazanıblar. Həmçinin, Həcar Nuriyeva və Era Maftuha qadınlar arasında fərdi yarışlarda bürünc mükafata layiq görülüblər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni