1-ci Liqada IV turun növbəti oyunları keçiriləcək

Azərbaycan I Liqasında IV turun mübarizəsi bu gün davam edəcək. Günün proqramına iki maraqlı qarşılaşma daxil edilib. Turun mərkəzi oyunlarından birində çempionluq uğrunda mübarizə aparan MOİK doğma meydanda “Mingəçevir”i qəbul edəcək. Digər görüşdə isə “Xankəndi” səfərdə “Şimal”ın qonağı olacaq.

Hazırda turnir cədvəlinə 12 xalla və maksimum nəticə ilə “Şahdağ Qusar” başçılıq edir. Turun son qarşılaşması isə oktyabrın 10-da “Gəncəbasar” və “Baku Sportinq” komandaları arasında keçiriləcək.

Ötən oyun günündə “Səbail” və “Karvan-Yevlax” komandaları 1:1 hesablı heç-heçə ediblər.

Turun açılış matçında isə “Şahdağ Qusar” “Zaqatala”nı 6:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib.

Bu gün keçiriləcək görüşlər turnir cədvəlində ilk pillələr uğrunda mübarizəyə ciddi təsir göstərə bilər.

1-ci Liqa, IV tur

9 oktyabr

15:30. MOİK – “Mingəçevir”

  • Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev.
  • Hakim-inspektor: Ramil Diniyev.
  • AFFA nümayəndəsi: Törə Əhmədova.
  • Binə qəsəbə stadionu.

15:30. “Şimal” – “Xankəndi”

  • Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov.
  • Hakim-inspektor: Orxan Məmmədov.
  • AFFA nümayəndəsi: Anar Şıxəliyev.
  • Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
1-ci Liqada IV turun növbəti oyunları keçiriləcək

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni