Argentinalı azarkeş “Racing” komandasının uğurlarında babasını simvolik olaraq iştirakçı etmək üçün onun kəlləsini hər matça gətirir.
Argentinanın məşhur futbol klubu “Racing” azarkeşi qeyri-adi bir davranışı ilə gündəmə gəlib. O, Cənubi Amerika Kubokunun finalında “Cruzeiro” ilə keçirilən oyuna babasının kəlləsini gətirib. Bunun səbəbi isə babasının “Racing” komandasına olan sonsuz sevgisini yaşatmaq istəyidir.
Azarkeş Daily Mail-ə açıqlamasında bildirib:
“Bu, mənim babam Valentin Aguileradır. O, ömrünün sonuna qədər “Racing” azarkeşi idi. “Racing” mənim sevgimdir, və babam da mənim sevgimdir,” – deyə Gabriel Aranda bildirib.
2019-cu ildə Gabriel Arandanın mətbuatda babasının kəlləsini “Racing”in çempionluğunu qeyd etmək üçün çıxardığı iddia olunmuşdu. Bu dəfə isə kəllə, komandanın tarixi uğurunun bir daha şahidi oldu. Şənbə günü keçirilən Cənubi Amerika Kubokunun finalında “Racing” klubu “Cruzeiro”nu 3:1 hesabı ilə məğlub edərək ilk dəfə bu turnirdə qalib gəldi.



