Almaniyanın Kotbus şəhərində İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib. Bu mötəbər turnirdə Azərbaycan milli komandası da iştirak edir. Sport-Az-ın verdiyi məlumata görə, ilk yarış günündə Nikita Simonov, halqalarla hərəkətlər üzrə finala vəsiqə qazanıb.
Nikita Simonov, daha əvvəl də öz uğurları ilə seçilib. O, Avropa çempionatının gümüş mükafatçısı olmaqla yanaşı, keçən il Kotbusda keçirilən yarışlarda da qələbə qazanmışdı. Bu dəfə isə yenidən Dünya Kubokunda medal qazanmaq şansı əldə edib.