More

    Lamin Yamal “Barselona” ilə Yeni Müqavilə İmzalamağa Hazırlaşır

    17 yaşlı ispan hücumçu Lamin Yamal bu yay “Barselona” klubu ilə yeni müqavilə imzalayacaq. Yeni razılaşma 2030-cu ilə qədər nəzərdə tutulub.

    Mənbənin verdiyi məlumata görə, futbolçunun agenti Jorje Mendiş Lissabonda “Barselona”nın prezidenti Joan Laporta və idman direktoru Deku ilə görüşməyi planlaşdırır. Bu görüşün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə oyun zamanı baş tutması gözlənilir.

    “Benfika” və “Barselona” arasında Çempionlar Liqası matçı 5 mart tarixində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

    Cari mövsümdə Lamin Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 33 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 11 qol vurub və 16 məhsuldar ötürmə edib. Gənc futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Lamin Yamalın bazar dəyəri 180 milyon avro təşkil edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni