“Atletiko Madrid”in əfsanəvi futbolçusu Paulu Futre, “Barselona”nın gənc istedadı Lamin Yamalın parlaq gələcəyinə dair fikirlərini bölüşüb.
sport-az.com xəbər verir ki, “Sport.es” Futrenin açıqlamasını belə təqdim edib:
“Yamalın inanılmaz keyfiyyəti var. Bu qədər gənc yaşda belə güclü xarakter nümayiş etdirməsi heyranedici haldır. Mən əminəm ki, o, gələcəkdə “Qızıl top” mükafatını qazanacaq. Hətta bunu bir dəfə deyil, bir neçə dəfə edə bilər.”
Lamin Yamal “Barselona”nın öz yetirməsidir. Cəmi 17 yaşı olmasına baxmayaraq, gənc vinger artıq bu mövsüm La Liqada 22 oyunda çıxış edib. O, 5 qol vurmaqla yanaşı, komanda yoldaşlarına 12 məhsuldar ötürmə edib.
Yamalın uğurları təkcə yerli çempionatda deyil, həm də beynəlxalq arenada özünü göstərib. İstedadlı futbolçu Çempionlar Liqasında 7 oyunda meydana çıxaraq, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.