More

    Prezident İlham Əliyev “Barselona” klubunun prezidentini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

    Bakının inkişafı və əməkdaşlıq perspektivləri

    Görüş zamanı Xuan Laporta Bakıya səfərinin məqsədlərindən danışıb və Azərbaycan paytaxtının sürətli inkişafından heyran qaldığını bildirib. O, ilk dəfə COP29 tədbiri çərçivəsində Azərbaycana səfər etdiyini xatırladaraq, ölkəmizdə futbol sahəsində böyük potensialın olduğunu qeyd edib.

    Azərbaycanda “Barselona” akademiyası açılır

    Görüşdə Azərbaycanın idman siyasəti, futbolun inkişafına dövlət dəstəyi və beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunması məsələləri müzakirə olunub. Müzakirələrin əsas mövzularından biri Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması olub. Akademiyanın yerli futbolçuların inkişafına töhfə verəcəyi və uşaq futbolunun inkişafına yeni imkanlar yaradacağı bildirilib.

    Sonda Xuan Laporta Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni