More

    “Qarabağ” – “Malmö” oyununda qonaq azarkeşlər üçün bilet qiyməti açıqlandı

    Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda baş tutacaq “Qarabağ” – “Malmö” matçını izləmək istəyən İsveç klubunun azarkeşləri üçün bilet qiymətləri açıqlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, İsveç təmsilçisinin mətbuat xidməti səfər azarkeşlərinin biletləri 140 İsveç kronuna (təxminən 24 manat) ala biləcəklərini bildirib.

    Qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş vauçerləri “Malmö”nün rəsmi saytından əldə etmək mümkündür. Daha sonra bu vauçerlər biletlərə dəyişdiriləcək. Mübadilə prosesi və vaxtı barədə məlumat isə bilet alan azarkeşlərin elektron poçtlarına göndəriləcək.

    Qeyd edək ki, “Qarabağ” – “Malmö” qarşılaşması oktyabrın 3-də, saat 20:45-də keçiriləcək. Azərbaycan çempionu isə Avropa Liqasının 1-ci turunda, sentyabrın 26-da İngiltərədə “Tottenhem” ilə üz-üzə gələcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni