“Çelsi” və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Frenk Lempard, eyni komandada çıxış etdiyi ən güclü hücumçunun adını açıqlayıb.
Sport-az.com-ın məlumatına görə, Lempardın “Give me Sport”a verdiyi müsahibədə dedikləri belədir:
“Fikrimcə, Serxio Aquero hamıdan üstündür. Mən bir çox böyük futbolçularla yanaşı oynamaq şansı qazandım, onların arasında Didye Droqba kimi universal forvard da var idi. Droqba bizə çox şey verdi. Amma Aquero ən yaxşıdır. Serxio oyun ərzində gözə çox dəyməsə də, yekunda qələbə qolunu vurmağı bacarırdı. O, cərimə meydançasında əsl təhlükə mənbəyi idi və özünə olan inamı ilə seçilirdi.”