Pegula ilk oyundaca evə döndü – 116-cı yerli tenisçiyə uduzdu
Uimbldon-2025 turnirinin ilk günündə qadınlar arasında gözlənilməz nəticə qeydə alındı. Turnirin favoritlərindən biri sayılan, dünya reytinqində üçüncü yeri tutan amerikalı Cessika Pegula, italiyalı Elizabetta Koccarettoya məğlub olaraq yarışla vidalaşdı.
Sürpriz uğur: Koccaretto Pegulanı əzdi
31 yaşlı Pegula bu turnirə iddialı gəlmişdi və favoritlər siyahısında yer alırdı. Lakin artıq ilk mərhələdə 24 yaşlı Elizabetta Koccaretto onu cəmi 59 dəqiqəyə meydandan silə bildi.
İlk setdə italiyalı iki breyk qazanaraq 6:2 hesablı inamlı qələbə əldə etdi. İkinci set daha bərabər keçdi, amma 3:3 hesabından sonra Koccaretto yenidən breyk etdi, ardınca öz servisini saxladı və Pegulanın növbəti servisində bir daha üstünlük qazandı — 6:3.
Koccarettonun bu qələbəsi Uimbldon-2025-də indiyədək baş verən ən böyük sensasiyalardan biri kimi dəyərləndirilir.
İtaliyalı tennisçi ikinci mərhələdə ya Keti Volinets (ABŞ, WTA №98), ya da Tatyana Mariya (Almaniya, WTA №45) ilə qarşılaşacaq.



