“Nyukasl”ın icraçı direktoru Darren İlz, səhhətində yaranan problemlərə görə vəzifəsini tərk etmək qərarına gəlib.
Sport-az.com xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata əsasən, 52 yaşlı Darren İlzə xroniki limfositar leykemiya (qan xərçəngi) diaqnozu qoyulub. Buna baxmayaraq, İlz varisi təyin olunana qədər vəzifəsini icra etməyə davam edəcək.
Darren İlz 2022-ci ilin avqustundan “Nyukasl”ın icraçı direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi altında komanda Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
İlz futbol idarəçiliyinə “Vest Bromviç”də hüquq işləri üzrə direktor kimi başlayıb və daha sonra “Tottenhem”, “Atalanta” və “Aberdin” kimi klubların idarəçiliyində mühüm rol oynayıb.