More

    Avropa Liqası: “Opta” “Qarabağ”ı hansı pillədə görür?

    “Qarabağ”ın Avropa Liqasını qazanmaq şansları açıqlandı.

    Sport-az.com xəbər verir ki, “Opta” analitiklərinin superkompüteri Ağdam təmsilçisinin Avropa Liqasında qalib olma şansını 0,2% olaraq qiymətləndirib.

    Turnirin ən yüksək qalibiyyət şansına sahib komanda Portuqaliyanın “Porto” klubu (17,8%) göstərilib. İspaniyanın “Atletiko Bilbao”su isə 10,9% ilə ikinci pillədədir. İlk “üçlüy”də isə sürpriz olaraq Çexiyanın “Slaviya Praqa” klubu yer alır (9,6%).

    “Qarabağ”ın rəqibi “Tottenhem” 4-cü sırada yerləşir (8,6%), digərləri arasında “Roma” 5-ci (8,2%), “Latsio” 7-ci (6,1%) və “Mançester Yunayted” 6-cı (7,1%) yer alıblar. İlk “onluq”da Türkiyənin “Qalatasaray”ı (5,2%), İspaniyanın “Real Sosyedad” və Almaniyanın “Ayntraxt”ı (hər ikisi 3,6%) də mövcuddur.

    “Qarabağ”ın öz rəqibləri arasında “Lion” 14-cü (1,4%), “Olimpiakos” 17-ci (1,2%) və “Bodo Qlimt” 22-ci (0,6%) pillədədirlər. “Ayaks” isə 26-cı sırada (0,2%) “Qarabağ”dan sonra gəlir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni