“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo maraqlı bir açıqlama verib.
Sport-az.com xəbər verir ki, Ronaldo karyerasının bu qədər uğurlu olacağını heç vaxt təsəvvür etmədiyini deyib:
“11 yaşımda böyük şəhərdə yaşamaq üçün evdən ayrıldım. Düzünü desəm, belə bir insana çevriləcəyimi heç vaxt düşünməmişdim. Peşəkar futbolçu olacağımı bilirdim, amma bu səviyyədə yox. Bütün həyatım bir sınaq olub”.