More

    “Qarabağ”ın rəqibinin oyunçusu yenə dubl etdi

    “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bodö/Qlimt” Norveç çempionatında “Kristiansund” üzərində 4:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda cinah oyunçusu Yens Petter Hauge iki qol vurub.

    Sport-az.com xəbər verir ki, 24 yaşlı futbolçu ardıcıl ikinci matçda dubl edir. O, ötən həftə Avropa Liqasında “Portu”ya 3:2 hesabı ilə qalib gəldikləri oyunda da iki dəfə fərqlənmişdi.

    “Milan” və “Ayntraxt Frankfurt” kimi məşhur klublarda çıxış etmiş Hauge 2024-cü ildən etibarən “Bodö/Qlimt”də icarə əsasında oynayır. Onun komandası “Qarabağ”la növbəti görüşünü noyabrın 7-də Norveçdə keçirəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni