Gənclər və İdman Nazirliyi ölkə idmançılarının yeni reytinq siyahısını açıqlayıb.
“Sport-az.com”nun məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov 590 xalla liderdir.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla ikinci yerdə qərarlaşıb, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncü sıradadır.
Bundan əlavə, ilk onluğa kişi idman gimnastı Nikita Simonov (340 xal), cüdoçu Elcan Hacıyev (320 xal), atlet Anna Skidan (315 xal), digər cüdoçular Balabəy Ağayev (310 xal), Yaşar Nəcəfov (300 xal), Leyla Əliyeva (290 xal) və Zelim Tçkayev (280 xal) daxil olublar.