“Transfermarkt” platforması İngiltərə Premyer Liqasının bəzi futbolçularının qiymətlərini yeniləyib.
“Sport-az”nun verdiyi məlumata görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın transfer dəyəri 180 milyon avrodan 200 milyon avroya qədər artırılıb. Bu yenilənmə ilə o, dünyanın ən bahalı futbolçusu olaraq zirvəyə yüksəlib.
Əvvəlki siyahıda Haaland, “Real Madrid”in ulduzları Vinisius Junior, Cud Bellingham və Kilian Mbappe ilə birinci yeri bölüşürdü. Lakin son qiymət yeniləmələrində bu futbolçuların transfer dəyərlərində heç bir dəyişiklik edilməyib.
Qeyd edək ki, Haaland, transfer dəyəri 200 milyon avroya çatan ikinci futbolçudur. İlk olaraq 2018-ci ildə bu məbləği Kilian Mbappe aşmışdı.
Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik:
- Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro
- Cud Bellingham (“Real Madrid”) – 180 milyon avro
- Vinisius Junior (“Real Madrid”) – 180 milyon avro
- Kilian Mbappe (“Real Madrid”) – 180 milyon avro
- Filip Foden (“Mançester Siti”) – 150 milyon avro
- Bukayo Saka (“Arsenal”) – 140 milyon avro
- Florian Virtz (“Bayer Leverkuzen”) – 130 milyon avro
- Camal Musiala (“Bavariya”) – 130 milyon avro
- Rodri (“Mançester Siti”) – 130 milyon avro
- Lamin Yamal (“Barselona”) – 130 milyon avro