Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək.
“Sport-az.com”nun məlumatına görə, diqqətçəkən qarşılaşmalardan biri İngiltərə təmsilçisi “Arsenal” ilə Fransanın PSJ klubu arasında baş tutacaq.
Eyni zamanda, “Milan” Almaniyada “Bayer” komandasının qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur (1 oktyabr)
- 20:45. “Zalsburq” (Avstriya) – “Brest” (Fransa)
- 20:45. “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya)
- 23:00. “Arsenal” (İngiltərə) – PSJ (Fransa)
- 23:00. “Barselona” (İspaniya) – “Yanq Boyz” (İsveçrə)
- 23:00. “Bayer” (Almaniya) – “Milan” (İtaliya)
- 23:00. “İnter” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
- 23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Seltik” (Şotlandiya)
- 23:00. PSV (Niderland) – “Sportinq” (Portuqaliya)
- 23:00. “Slovan” (Slovakiya) – “Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, II tur sabah keçiriləcək 9 oyunla başa çatacaq.