Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.
Sport-az.com-ın verdiyi məlumata görə, Azərbaycan təmsilçisi “Qarabağ” növbəti oyununa çıxacaq. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə komanda, doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və qarşılaşma saat 20:45-də başlayacaq. Matçı yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hər iki komanda Avropa Liqasının qrup mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu “Qarabağ” səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabı ilə məğlub olub, “Malmö” isə öz meydanında Şotlandiyanın “Reyncers” komandasına 0:2 uduzub. Təmsilçimiz III turda, oktyabrın 24-də Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur (3 oktyabr)
- 20:45. “Qarabağ” – “Malmö” (İsveç)
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Yordanis Aptosoqlu, Aleksandros Tsakalidis
Tofiq Bəhramov adına Respublika stadionu