Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Aston Villa”ya səfərdə 1:0 hesabı ilə məğlub olan “Bayern Münhen”in hücumçusu Harri Keyn oyunla bağlı fikirlərini bildirib.
Sport-az.com-ın məlumatına görə, Münhen klubunun mətbuat xidməti Keynin açıqlamasını belə çatdırıb:
“Qarşıda hələ çox oyun var. Onların hər biri bizim üçün vacibdir. Əlbəttə, üzgünük, amma hamımız birlikdə öz səhvlərimizdən dərs çıxarmalıyıq. Mövsüm hələ yeni başlayıb.”
Xatırladaq ki, “Aston Villa” – “Bayern Münhen” qarşılaşması ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.