More

    “Qızıl top – 2025”: Favoritlər, namizədlər və Parisdə keçiriləcək mərasim

    Bu gecə, sentyabrın 22-dən 23-nə keçən gecə Parisdə futbol mövsümünün ən nüfuzlu fərdi mükafatı – “Qızıl top” təqdim olunacaq. Mərasim canlı yayımlanacaq və böyük maraqla gözlənilir.

    Mükafat 1965-ci ildən Fransanın France Football jurnalı tərəfindən təqdim olunur. Son qaydalara əsasən, futbolçuların çıxışları artıq təqvim ili üzrə deyil, mövsüm üzrə qiymətləndirilir – 1 avqust 2024-dən 13 iyul 2025-ə qədərki dövr əsas götürülüb.

    Kim favoritdir?

    Bu mövsümdə milli komandalar səviyyəsində dünya və qitə turnirləri baş tutmadığından, əsas həlledici faktor Çempionlar Liqası sayılır. Turnirin qalibi “PSJ” olmuşdu və parisli futbolçular favoritlər sırasında göstərilir.

    Digər tərəfdən, mediada populyarlıq da mühüm rol oynayır. Burada isə üstünlük “Barselona”nın liderlərinə məxsusdur. Katalon klubu bütün daxili turnirləri qazanıb və Çempionlar Liqasının yarımfinalına qədər irəliləmişdi.

    Məşhur Opta AnalystGoal.com portalları əsas favorit kimi “PSJ”nin fransalı hücumçusu Usman Dembeleni göstərir. Lakin mətbuatda yayılan məlumatlara görə, “Barselona”nın gənc ulduzu Lamin Yamal öz qələbəsinə o qədər inanır ki, ailə üzvlərini də mərasimə aparır.

    Namizədlərin siyahısı

    Ümumilikdə 30 futbolçu “Qızıl top – 2025” üçün namizəd göstərilib. Onların sırasında:

    • Usman Dembele, Kylian Mbappe, Gianluigi Donnarumma, Achraf Hakimi, Joao Neves, Vitinha (hamısı “PSJ”)
    • Robert Levandovski, Pedri, Raphinha, Lamin Yamal (“Barselona”)
    • Jude Bellingham, Vinisius Junior (“Real”)
    • Erling Haaland (“Mançester Siti”)
    • Harry Kane, Michael Olise (“Bavariya”)
    • Mohamed Salah, Virgil van Dijk, Florian Wirtz (“Liverpul”)
      və digər ulduz futbolçular var.

    Keçmiş qalmaqallar və rekordlar

    Ötən il “Real”ın hücumçusu Vinisius Junior favorit sayılırdı, amma qalib “Mançester Siti”dən Rodri oldu. “Real Madrid” nəticəyə etiraz edərək mərasimi vaxtından əvvəl tərk etmiş və sosial şəbəkələrdə boykot kampaniyası başlamışdı.

    Hazırda mükafatın rekordçusu Lionel Messidir – argentinalı ulduz 8 dəfə qalib gəlib. Onun ən yaxın izləyicisi Kriştianu Ronaldudur (5 dəfə). Portuqaliyalı hücumçu bir müddət əvvəl “Qızıl top”u saxta mükafat adlandırmışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni