İtaliya çempionatının – A Seriyasının – ən yüksək transfer dəyərinə malik futbolçusu müəyyən olunub. CIES Football Observatory-nin mart 2025 tarixinə olan qiymətləndirməsinə əsasən, “İnter”in argentinalı hücumçusu Lautaro Martinez liqanın ən bahalı oyunçusu elan edilib.
Məlumata görə, Lautaro Martinez-in transfer dəyəri 108,3 milyon avro təşkil edir. Bu qiymət CIES-in xüsusi statistik modelinə əsasən hesablanıb və yalnız oyunçuların statistik göstəriciləri nəzərə alınmaqla müəyyən olunur.
İlk onluqda “İnter” klubunun dörd, “Milan” və “Atalanta”nın hər birindən iki, “Yuventus” və “Bolonya”nın isə bir oyunçusu yer alır.
CIES Football versiyasına görə A Seriyasının 10 ən bahalı futbolçusu (mart 2025):
- Lautaro Martinez (“İnter”) — €108,3 milyon
- Kenan Yıldız (“Yuventus”) — €90,4 milyon
- Markus Tyuram (“İnter”) — €80 milyon
- Teyani Reynders (“Milan”) — €74 milyon
- Alessandro Bastoni (“İnter”) — €72,7 milyon
- Nikolo Barella (“İnter”) — €68,4 milyon
- Mateo Retegi (“Atalanta”) — €67,1 milyon
- Şarl De Ketelare (“Atalanta”) — €65,3 milyon
- Santyaqo Kastro (“Bolonya”) — €64,8 milyon
- Rafael Leau (“Milan”) — €63,1 milyon



