Abaşov Avropa çempionatında liderə qarşı oynayacaq

Bu gün Rumıniyanın Eforie-Nord şəhərində kişi şahmatçılar arasında keçirilən Avropa çempionatının son turu baş tutur. Yarışın yekun mərhələsində Azərbaycan şahmatçıları üçün həlledici qarşılaşmalar gözlənilir.

Sport-az xəbər verir ki, qrossmeyster Nicat Abasov 7,5 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Son – 11-ci turda o, lider almaniyalı Matias Blübaumla üz-üzə gələcək. Qələbə Abasova medal şansını təmin edə bilər.

Bununla yanaşı, digər azərbaycanlı şahmatçılar da Dünya Kubokuna vəsiqə qazanmaq şanslarını saxlayırlar. Aydın Süleymanlı, Əhməd Əhmədzadə və Riad Səmədov hər biri 7 xalla irəliləyir və ilk 20-likdə yer almaq üçün mübarizə aparırlar.

11-ci turun cütlükləri belədir:

  • Matias Blübaum (Almaniya) – Nicat Abasov
  • Baadur Cobava (Gürcüstan) – Aydın Süleymanlı
  • Maksim Laqard (Fransa) – Əhməd Əhmədzadə
  • Riad Səmədov – Vasili İvançuk (Ukrayna)
  • Qay Levin (İsrail) – Məhəmməd Müradlı
  • Misrətddin İskəndərov – Eyal Noy (İsrail)
  • Yan Sibelj (Sloveniya) – Şahin Vəliyev
  • Ümid Aslanov – Yan Klimkovski (Polşa)
  • Mirça Parliğras (Rumıniya) – Haqan Əhməd
  • Şiroğlan Talıbov – Andrey Bonte (Rumıniya)
  • Bendegus Bodrogi (Macarıstan) – Süleyman Süleymanlı
  • Vüqar Manafov – Maksim Dubneviç (Ukrayna)
  • Elmar Atakişiyev – Kristian Arseniy (İsveçrə)

Turnir cədvəlinin ilk pillələri:

  1. Matias Blübaum (Almaniya) – 8 xal
  2. Daniil Yuffa (İspaniya) – 8 xal
  3. Nicat Abasov – 7,5 xal

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni