Abba Usman “Mingəçevir”də qalır: Nigeriyalı hücumçu ilə yeni müqavilə imzalandı

Ötən mövsümün ikinci dövrəsini “Mingəçevir” klubunda keçirən nigeriyalı hücumçu Abba Usmanın gələcək taleyi artıq dəqiqləşib.

sport-az.com-ın əldə etdiyi məlumata əsasən, 21 yaşlı afrikalı forvard – eyni zamanda pleymeyker mövqeyində də çıxış edə bilən futbolçu – qarşıdakı mövsümdə də “şəhərlilər”in heyətində çıxış edəcək. Klub rəhbərliyi Usmanla 1 illik müqavilə imzalayıb.

Klubda dəyişikliklər davam edir

Qeyd edək ki, “Mingəçevir” 2023/24 mövsümünü I Liqada 4-cü pillədə tamamlayıb. Mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb. Komandanın yeni çalışdırıcısı isə tanınmış mütəxəssis Ramiz Məmmədov olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni