Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) I turun görüşləri sona çatacaq.
Sport-az.com xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq. İlk olaraq, saat 12:30-da Bakı İdman Sarayında son çempion “Sabah” komandası “Sərhədçi” ilə qarşılaşacaq.
Bundan sonra Şəkidə yerli komanda “Quba”nı qəbul edəcək. Bu görüş Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.
Tura Sumqayıt Olimpiya İdman Kompleksində saat 20:00-da keçiriləcək “Sumqayıt” – “Ordu” matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası I tur
20 oktyabr
12:30. “Sabah” – “Sərhədçi”
14:00. “Şəki” – “Quba”
20:00. “Sumqayıt” – “Ordu”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” isə “Lənkəran”ı 90:75 hesabı ilə məğlub edib.



