More

    ABŞ-da çəkicatma yarışında azarkeş faciəvi şəkildə həlak olub

    ABŞ-ın Kolorado ştatında keçirilən yüngül atletika turnirində faciəli hadisə baş verib. Çəkicatma yarışında idman ləvazimatı tribunada oturan azarkeşlərdən birinə dəyib və onu ağır yaralayıb.

    57 yaşlı Veyd Lenqston qoruyucu baryerləri aşan çəkicin birbaşa zərbəsinə tuş gəlib. O, həyat yoldaşı və uşağını qorumaq üçün özünü qabağa atıb, lakin aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, çəkicatma üçün istifadə edilən çəkilərin ağırlığı 7,26 kiloqrama qədər ola bilər.

    Kolorado Universitetinin rektoru Cennifer Sobanet hadisə ilə bağlı başsağlığı verib:

    “Bu dəhşətli hadisə bizi dərin kədərləndirdi və bütün diqqətimizi aidiyyəti şəxslərə dəstək olmağa yönəltmişik.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni