More

    ABŞ-da futbolçu Olivye Jirunun evi qarət olundu – 500 000 dollar oğurlandı

    Fransa millisinin ən yaxşı bombardirlərindən biri sayılan Olivye Jirunun evi ABŞ-ın Los-Anceles şəhərində qarət edilib.

    Sport-Az-ın TMZ-yə istinadən verdiyi məlumata görə, Jiru 2024-cü ilin iyulunda Los-Anceles FK ilə müqavilə imzaladıqdan sonra Kaliforniyada yaşayır.

    Jiru və ailəsi evdə olmadığı vaxtda oğrular pəncərəni sındıraraq içəri giriblər. Onlar 2018-ci ilin dünya çempionu və həyat yoldaşına məxsus 500 000 dollara yaxın nağd pulu oğurlayıblar. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

    Olivye Jirunun ABŞ-dakı çətin mövsümü

    Kaliforniyaya keçən yay köçən 38 yaşlı hücumçu üçün idman baxımından uğursuz il keçib. O, keçirdiyi 14 oyunda bir dəfə də olsun qol vura bilməyib. Komandası isə pley-off-un yarımfinalında məğlub olub.

    Hazırda Jiru yeni mövsüm öncəsi hazırlıq oyunlarında iştirak edir. Amerika Futbol Liqasının yeni çempionatı fevral ayının sonunda başlayacaq. Jiru ilə birlikdə komandada Fransa millisinin keçmiş kapitanı və qapıçısı Uqo Lloris də çıxış edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni