ABŞ-da Təyyarə Qəzasında Azərbaycan Çempionu Həlak Oldu

Keçmiş fiqurlu konkisürmə çempionu Aleksandr Kirsanov ABŞ-da baş verən aviasiya qəzasında dünyasını dəyişib. O, Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olub.

Qəza və Rəsmi Təsdiq

Sport-Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı ABC telekanalına Kirsanovun həyat yoldaşı Nataliya Qudina təsdiqləyib. O, böyük kədər içində yaşadığı itkiləri vurğulayaraq bunları bildirib:
“Mən hər şeyimi itirdim. Həyat yoldaşımı, tələbələrimi, dostlarımı…”

Aleksandr Kirsanov Kim idi?

A.Kirsanov fiqurlu konkisürmə sahəsində Rusiya, Azərbaycan və ABŞ komandalarının üzvü olub. 1997/98-ci il mövsümündə Rusiyanı təmsil edərək Gənclərarası Qran Pri turnirində ikinci yeri tutub. Daha sonra 1999/2000-ci illərdə Azərbaycan çempionu adını qazanıb.

ABŞ-da Aviasiya Fəlakəti

Xatırladaq ki, faciəvi hadisə 29 yanvar axşam saatlarında baş verib. ABŞ-ın American Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ Ordusuna aid Black Hawk tipli hərbi helikopterlə havada toqquşub.

Hadisə ilə bağlı ilkin məlumatlar:

  • Təyyarə Kanzas ştatından uçuş həyata keçirirdi. Göyərtədə 60 sərnişin4 ekipaj üzvü var idi.
  • Helikopterdə isə ən azı 3 hərbçi olduğu bildirilir.
  • Toqquşma nəticəsində hər iki hava nəqliyyatı Potomak çayına düşüb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni