More

    ABŞ-də yaşayan azərbaycanlı hokkeyçi Bakıda ustad dərsi keçəcək

    ABŞ-də fəaliyyət göstərən azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) yaxın günlərdə Bakıya səfər edəcək. Sport-az.com-un məlumatına əsasən, Danial Caniyev iyunun 29-da “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşəcək və onlara ustad dərsi (masterclass) təşkil edəcək.

    Bu tədbir ilk dəfə olaraq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında keçiriləcək. Gənc idmançılar üçün bu görüş həm motivasiya, həm də peşəkar bacarıqların inkişafı baxımından unikal imkan olacaq.

    Danial Caniyev hal-hazırda ABŞ-nin “Penn State University” klubunun əsas oyunçularından biridir. O, Amerika Hokkey Federasiyası sistemində formalaşıb, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nailiyyətlər əldə edib. Azərbaycan əsilli olan Caniyev hər zaman milli köklərinə sadiqliyini vurğulayır və ilk dəfədir ki, Azərbaycanda uşaqlarla belə bir görüş keçirəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni