Oktyabrın 11-13-də Abu Dabidə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan komandası da iştirak edəcək.
İdman.biz-in məlumatına görə, idmançılar bu turnirdə qələbə qazanaraq reytinq xalları toplamaq imkanı əldə edəcəklər. Yarışda qalib gələn idmançıya 1000 xal, finalda məğlub olanlara 700 xal, bürünc medal qazananlara isə 500 xal veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası bu turnirdə 14 cüdoçu ilə təmsil olunacaq. Təmsilçilərimiz:
- 60 kq: Balabəy Ağayev, Hüseyn Allahyarov
- 66 kq: Ruslan Paşayev, Rəşad Elkiyev
- 73 kq: Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev
- 81 kq: Zelim Tskayev, Ömər Rəcəbli
- 90 kq: Murad Fətiyev, Musa Hüseynli
- +100 kq: Uşanqi Kokauri, İmran Yusifov
- 48 kq: Leyla Əliyeva
- 57 kq: Açelya Toprak
Bu yarış Azərbaycanın cüdoçuları üçün əhəmiyyətli bir mərhələ olacaq, çünki qazanılan xallar onların dünya reytinqindəki mövqelərinə birbaşa təsir göstərəcək.