Bu gün Bakıda aerobika gimnastikası üzrə ölkə və Bakı çempionatları başlayır.
Sport-az.com xəbər verir ki, iki gün davam edəcək yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir. Çempionat üç yaş kateqoriyası üzrə təşkil olunub və bu mötəbər yarışda “Ocaq Sport” və Sumqayıt Olimpiya Kompleksindən olan 76 gimnast çıxış edəcək.



