AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli və məşqçi-koordinator Sərxan Hüseynov Qərb regionundakı Gəncə və “Turan Tovuz” futbol akademiyalarına iş səfəri keçiriblər. Səfər AFFA-nın “Klubların Lisenziyalaşdırılması üçün Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” proqramı çərçivəsində reallaşır.
Akademiyaların inkişafı üçün kompleks yoxlama
Səfərin əsas məqsədi akademiyaların cari vəziyyətini qiymətləndirmək, UEFA və AFFA lisenziya standartlarına uyğunluğu yoxlamaq, inkişaf prioritetlərini müəyyənləşdirmək idi. Heyət məşqçi heyətinin fəaliyyətini, tibbi personalın işini, infrastruktur vəziyyətini, bütün yaş qruplarında məşq proseslərini yerində araşdırıb. Tibbi, qapıçı və fiziki hazırlıq mütəxəssisləri ilə ayrıca görüşlər keçirilərək futbolçuların sağlamlıq göstəriciləri və peşəkar hazırlıq metodikaları təhlil edilib.
Akademiya rəhbərliyi ilə geniş müzakirələrdə inkişaf modeli, daxili struktur optimallaşdırması, istedadlı gənclərin hazırlanması prioritetləri müzakirə edilib. SMM və hüquq komandaları ilə görüşlər sosial layihələrin gücləndirilməsi və ictimai fəaliyyətin effektivliyinə yönəlib. AFFA heyəti infrastruktur obyektlərini yoxlayaraq mövcud potensialı qiymətləndirib və yeni inkişaf mərhələsi üçün tövsiyələr vermişdir. Klubların təklifləri qeydiyyata alınıb.
AFFA-nın bu proqramı UEFA-nın akademiya lisenziyalaşdırma standartlarına uyğunlaşmaq, regionlarda futbol infrastrukturunu təkmilləşdirmək, istedadlı gəncləri erkən aşkar etmək məqsədi daşıyır. Qəncə və “Turan Tovuz” kimi Qərb regionu akademiyaları AFFA-nın strategiyasında prioritetlər arasında yer alır.



