Ukraynada davam edən silahlı qarşıdurma səbəbindən Rusiya milli komandası və klubları UEFA-nın keçirdiyi beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum olaraq qalacaq.
“sport-az.com”un a istinadla yaydığı xəbərə görə, bu barədə UEFA prezidenti Aleksandr Çeferin Belqradda təşkil olunan konqresdə çıxışı zamanı məlumat verib.
Çeferin bildirib ki, bu məsələyə dair mövqe dəyişməyib və dəfələrlə izah edilib:
“Rusiya komandalarının geri qaytarılmasına gəlincə, bu mövzu haqqında artıq dəfələrlə danışmışam və şübhəniz varsa, təkrar edə bilərəm. Münaqişə bitəndə, onlar geri qaytarılacaq.”
Qeyd edək ki, Rusiya klubları və milli yığması 2022-ci ildən etibarən Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra UEFA və FIFA turnirlərindən kənarlaşdırılıb. Həmin vaxtdan bu qərar qüvvədə saxlanılır.