ABŞ-lı atlet Qrant Fişer, 3000 metr məsafəyə qapalı məkanda keçirilən qaçış yarışında yeni dünya rekordu müəyyənləşdirib. Daylinews-Az xəbər verir ki, Fişer məsafəni 7 dəqiqə 22.91 saniyəyə qət edərək əvvəlki rekordu geridə qoyub.
Bundan əvvəl dünya rekordu 2023-cü ilin fevralından etibarən 7 dəqiqə 23.81 saniyə ilə Efiopiyalı Lamexə Girməyə məxsus idi. Yarışda ikinci yeri ABŞ təmsilçisi Koul Hoker tutub. O da 7 dəqiqə 23.14 saniyəlik göstərici ilə əvvəlki dünya rekordundan daha yaxşı nəticə göstərib.
Eyni zamanda, ABŞ-da keçirilən turnirdə 1609 metr (bir mil) məsafəyə qaçışda da yeni dünya rekordu qeydə alınıb. Bu yarışda amerikalı Yared Nuquze 3 dəqiqə 46.63 saniyəlik nəticə ilə dünya rekordçusu olub.



