“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Barselona”ya qarşı evdə alınan ağır 0:4 hesablı məğlubiyyəti şərh edib.
Sport-az.com xəbər verir ki, “Madrid Xtra” Ançelottinin fikirlərini belə çatdırıb:
“Bu, ağrılı bir zərbədir, çətin andır. Amma biz təslim olmayacağıq – mövsüm uzundur. Hansı səhvə yol verdik? İlk yarını bəyəndim. “Barselona” qol vurana qədər yaxşı oynadıq. Bundan sonra ikinci qolu tez buraxdıq, buna görə də əvvəlki ruhumuzu itirdik”.
Şənbə günü keçirilən “El Klasiko”da bütün qollar ikinci hissədə vurulub. Robert Levandovski 54 və 56-cı dəqiqələrdə iki qol vuraraq fərqlənib. Matçın sonlarında isə Lamin Yamal və Rafinya Dias “Real Madrid”in qapısına növbəti zərbələri vuraraq qələbə yolunda böyük fərq yaradıblar.