İngiltərə Premyer Liqasının (APL) 19-cu turu çərçivəsində keçirilən “Vest Hem” – “Liverpul” matçı başa çatıb.
Daylinews-Az xəbər verir ki, görüş London stadionunda keçirilib və qonaqların 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 30-cu dəqiqəsində “Liverpul”un hücumçusu Luis Dias hesabı açıb. 40-cı dəqiqədə Kodi Qakpo, 44-cü dəqiqədə isə Məhəmməd Salah “qırmızılar”ın üstünlüyünü artırıblar. 54-cü dəqiqədə müdafiəçi Trent Aleksander-Arnold dördüncü qolu vurub. Matçın 84-cü dəqiqəsində Diqo Jota beşinci qolun müəllifi olub.
Hazırda “Liverpul” 45 xalla APL-in turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Vest Hem” isə 23 xalla 13-cü yerdədir.