Serxio Aquero, “Barselona”nın keçmiş futbolçusu, Kataloniya klubunu məhkəməyə verib.
Sport-az.com-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu “Barselona”dan 3 milyon avro məbləğində məvacibini tələb edir. Klub ona sığorta müqaviləsinin ilk ili üçün maaş ödəməyə razılaşsa da, sığorta şirkəti futbolçunun uşaqlıqdan ürək problemi olduğunu əsas gətirərək ödənişi etməyib.
Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında “Barselona”ya keçmiş və həmin ilin dekabrında ürək problemi səbəbindən futbol karyerasını bitirmək məcburiyyətində qalmışdı. O, “Barselona”nın heyətində cəmi 5 oyunda meydana çıxaraq 1 qol vurub.