Ötən ay “Araz-Naxçıvan”ın ev oyunlarını müvəqqəti keçirdiyi “Liv Bona Dea Arena” stadionu ot örtüyünün təmiri səbəbindən bağlanıb.
Sport-az.com xəbər verir ki, Naxçıvan klubunun bu stadionda oyunlarını nə vaxt keçirəcəyi dəqiqləşib. Komandanın ən yaxşı halda oktyabrın sonundan sonra stadionda oyunlarına qayıda biləcəyi gözlənilir, çünki həmin vaxt qazonun vəziyyətinin yaxşılaşdırılması işləri tamamlanacaq.
Stadion təmirdən sonra ilk dəfə oktyabrın 25-də AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycanın qadınlardan ibarət yığması ilə Portuqaliya arasında keçiriləcək oyun üçün istifadəyə veriləcək.
Qeyd edək ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan” son ev oyununu Sumqayıtdakı “Kapital Bank Arena”da keçirib.